Hadisə 

Sumqayıtda qəza: nənə və nəvə yaralandı

Sumqayıtda yol qəzası olub.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. “KaMAZ” markalı yük maşını “Lexus” markalı minik avtomobilini arxadan vurub.

Hadisə nəticəsində minik avtomobilində olan, 1959-cu il təvəllüdlü Salayeva Dilrübə Əhmədağa qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Məmmədli Rafael Elşad oğlu xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər