Rumıniyada koronavirusa yoluxanların sayı artır
Rumıniyada koronavirusa yoluxanların sayı 72 min 208 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son 24 saat ərzində 1014 yeni yoluxma qeydə alınıb. Ötən müddət ərzində ölkədə koronavirusdan ölənlərin sayı 3074-ə çatıb, 33 min 135 nəfər sağalıb.
Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

