Sosial 

TƏBİB rəsmisi: Seroloji testlərin mənfi təsiri yoxdur

“Seroloji testlərin keçirilməsində məqsəd insanların əvvəllər virusa yoluxub-yoluxmadığını müəyyən etmək və onların qoruyuculuğunu yoxlamaqdır”.

Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə şəhərlərində 18 yaşdan 65 yaşa qədər insanlar arasında təxminən hər şəhər üzrə 1500 nəfərlik testin keçirilməsi planlaşdırılır.

“İnsanların daha əvvəl bu virusla qarşılaşıb-qarşılaşmadığını bilmək üçün seroloji testin aparılması mütləqdir. Çünki əksəriyyət xəstəliyi yüngül formada, simptomsuz keçirə bilər. Keçirdikdən sonra isə qanda virusa qarşı anticisimlər yaranır. Seroloji testlər vasitəsi ilə anticismləri aşkar ediirik ki, həmin şəxs daha əvvəl virusla qarşılaşıb, yoxsa yox. Onun qoruyuculuğu varmı? Virus gələcəkdə təhlükə törədirmi, yoxsa törətmirmi? Bunu aşkar etmək məqsədi ilə seroloji teslər aparılır.

Həmçinin əhalinin nə qədər hissəsinin virusa qarşı qoruyucusu olub-olmadığına dair məlumat əldə etmiş olarıq. Bu, sonrakı mərhələdə pandemiya ilə mübarizədə strategiyanın yol göstəricisi olacaq. Düşünürəm ki, insanlarımız bunu qəbul edəcəklər. Artıq testlərə başlanılıb. Testlər tam ödənişssizdir. Onların zərəri, hər hansı mənfi təsiri yoxdur. Təsadüfi insanlar arasından seçiləcək və razılıq əsasında testlər tətbiq olacaq”, – deyə TƏBİB rəsmisi qeyd edib.

Daha çox xəbərlər