Siyasət 

Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir

ARANTV.AZ xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir. Əvvəlcə, Həştərxanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidənin yerləşdiyi parkın ərazisində ağacəkmə aksiyası təşkil edilib. Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovla Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin görüşündə Azərbaycan və Rusiya arasındakı əlaqələrdən danışılıb. Bildirilib ki, münasibətlər qarşılıqlı anlaşma və dostluq zəminində qurulub. Bakı və Həştərxan şəhərinin Nərimanov rayonları arasında dostluq əlaqələri inkişaf edir. Həştərxan şəhərində həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr, qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində də fikir mübadiləsi aparılıb. Həmçinin Bakıda Həştərxan İş Mərkəzi, Həştərxanda isə tikintisi nəzərdə tutulan Azərbaycan Ticarət Evinin inşası ilə bağlı görülən işlərdən danışılıb.

Daha çox xəbərlər