Siyasət 

Yaponiyanın “The Japan Times” nəşrində “Osako “Expo 2025” uğrunda rəqibi Bakıya həyəcanla baxır” şərlövhəli məqalə dərc edilib

ARANTV.AZ  xəbər verir ki, Yaponiyanın geniş oxucu auditoriyasına malik “The Japan Times” nəşrində “Osako “Expo 2025” uğrunda rəqibi Bakıya həyəcanla baxır” şərlövhəli məqalə dərc edilib.

“Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhərin adının açıqlanmasına bir ay qalmış Osako rəsmiləri ən ciddi rəqib hesab etdikləri Bakıya həyəcanla baxırlar”. “The Japan Times” nəşrində dərc edilən yazı bu sözlərlə başlayır. Müəllif Erik Conston məqaləsində bildirir ki, tədbirə ev sahibliyi etmək uğrunda mübarizə Fransanın paytaxtı Paris, Yaponiyanın Osako, Azərbaycanın paytaxtı Bakı və Rusiyanın Yekaterinburq şəhərləri arasında gedirdi. Parisdə yerləşən Beynəlxalq Sərgilər Bürosu isə son qərarını noyabrın 23-də açıqlayacaq. Qeyd olunur ki, ilin əvvəllində Paris yarışdan çəkilib, Yekaterinburq isə “Expo 2020” uğrunda mübarizədə BƏƏ-nin Dubay şəhərinə uduzub. Belə bir vəziyyətdə Osakonun siyasi və biznes liderləri özlərini artıq qalib kimi görürdülər. Lakin insan kapitalının gələcək inkişafı əsasında qurulmuş Bakının mövzusu Beynəlxalq Sərgilər Bürosunun nümayəndələrinin diqqətini cəlb edə bilib. Məqalədə vurğulanır ki, Parisdə Osakonun namizədliyinin lehinə təbliğat aparan şəhərin meri Hirofumu Yoşimura vətənə döndükdən sonra bildirib ki, “Bakı güclü rəqibdir və Yaponiya ilə Azərbaycan bu yarışda sonadək mübarizə aparacaq”. Müəllif sonda bildirilir ki, Beynəlxalq Sərgilər Bürosunun Osakonu seçəcəyi, yoxsa tədbirə ev sahibliyi etmək şansını Bakı və ya Yekaterinburqa verəcəyi bir ay sonra məlum olacaq.

Daha çox xəbərlər