Region Xəbərləri 

Xeyriyyə aksiyasında 137 nəfər könüllü qan verib

Ağdam rayon Quzanlı qəsəbəsində keçirilən könüllü qanvermə aksiyasında 137 nəfər qan verib.

ARANTV.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan xəstələrin müalicəsində istifadə olunacaq.azərtac

Daha çox xəbərlər