Əfqanıstanda daşqınlar: 70 nəfər öldü
Əfqanıstanın şərqindəki Pərvan əyalətində daşqınlar nəticəsində azı 70 nəfər həlak olub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, daşqınlara bir neçə gün davam edən aramsız yağışlar səbəb olub.
Təbiət hadisəsi nəticəsində 110 nəfər xəsarət alıb. Həlak olanların və xəsarət alanların böyük əksəriyyəti qadın və uşaqlar olub.
Regionda xilasetmə işləri aparılır.

