Ermənistan Silahlı Qüvvələri Tovuzun Ağdam kəndini atəşə tutub – FOTO

Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

ARANTV.AZ-ın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib.

Sakinlər arasında xəsarət alan olmayıb.

APA