Region Xəbərləri 

Bərdə rayonunda pandemiya təhlükəsi olmasına baxmayaraq repititorlar  koronovirusun yayılmasına hərtərəfli şərait yaradırlar

NK yanında Operativ Qərəgahın qadağalarına Bərdəli repititorlar məsuliyyətsiz yanaşırlar Onlar qruplarda say məhdudiyyətinin gözlənməsinə əməl etmirlər. Ölkəmizdə koronovirus pandemiyası tüğyan edir.

Hər gün yoluxanların statistikası artmaqda davam edir. Mart ayından koronovirusa qarşı mübarizə aparılsa da , təəssüflər olsun ki, görünməyən düşməni ram eləmək mümkün olmadı. Əvvəlcədən proqnozlaşdırılan kimi payızın gəlişi ilə pandemiyanın yenidən alovlanıb. Məcburiyyət qarşısında qalan hakimiyyət karantin rejiminin sərtləşdirilməsi barədə yenidən qərarlar verib. İnsafən deyək ki, başqa cür hərəkət eləmək də mümkün deyil. Belə ki, vətəndaşlarımız məsuliyyətsiz hərəkətlər etməklə, maska taxmamaqla, kütləvi yerlərdə toplaşmaqla, ara məsafəsi kimi zəruri tələblərə əməl etməməklə qadağaların tətbiqini qaçılmaz edib. Bu səbəbdən də Təhsil müəssisələrinin fəaliyyəti yenidən dayandırılaraq, distant təhsilə keçirilib.Təhsil müəssisələrindən fərqli olaraq REPİTİTORlara təhsilin davam etdirilməsində yaşıl işıq yandırılıb. Bərdə rayonunda da pandemiya təhlükəsi olmasına baxmayaraq repititorlar fəaliyyət göstərirlər. Müşahidələrimiz əsasında deyə bilərik ki, repititorlarımız son dərəcə məsuliyyətsizlik edir, koronovirusun yayılmasına hərtərəfli şərait yaradırlar. Koronovirusun yayılmasını önləmək üçün NK yanında Operativ Qərargahın qərarları olsa da əməl etmirlər. Ancaq bu heç də o anlama gələ bilməz ki, reoititorlar bildikləri kimi hazırlıq kurslarını idarə edə bilərlər. Pandemiya şəraitində Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddəti, karantinin sərtləşdirilməsi, mövcud şəraitdə davranış qaydalarının tənzimlənməsi barədə qərarlar qəbul edir. Hamının sağlamlığının qorunması , görünməyən düşmənlə mübarizə aparmaq üçün, heç şübhəsiz ki, hamının qərarlara əməl etməsi vacibdir. Bu sırada fəaliyyətinə icazə verilən repititorlarda qaydalara əməl etməli, pandemiyanın yayılmasına şərait yaratmamalıdırlar. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, repititorların dərslərində sıxlıq müşahidə olunur. Hətta bir dərsdə 30 nəfərə qədər qrupa da dərs verilməsini görmək olar. Dövlətin təhsil müəssisələrində pandemiyanın yayılmasını önləmək məqsədilə tədrisin dayandırılması əvəzində repititorların məsuliyyətsizliyi görülən sərtləşdirilmiş karantin tədbirlərinin əhəmiyyətini heçə endirmiş olur. Belə ki, koronovirus məktəblərdə olmasa da repititorların kurslarında yayılmağa münbit şərait əldə edirlər. Buna görə də əlaqədar dövlət qrumları koronavirusla mübarizədə səylərini artırmalı, NK yanında Operativ Qərargahın qərarlarının yerinə yetirilməsinə ciddi nəzarət etməlidirlər.Məsuliyyətsiz repititorların cəmiyyət üçün yaratdıqları təhlükəni önləməlidirlər. Ümid edirik ki, NK-nın qərarlarına cəmiyyətin bütün təbəqələrindən olan hamı, o cümlədən də bərdəli repititorlar tam ciddi olaraq əməl edəcəklər. Yoxsa, pandemiya ilə mübarizəmiz çətin olacaq.

Daha çox xəbərlər