Düşmənin 24 xüsusi təyinatlısını məhv edən şəhidimiz – Video
Oktyabrın 13-də Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olan Rüfətin atası Mürvət Əsgərov deyir ki, oğlum general-mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qısasını alacağam deyirdi və aldı da.
Qeyd edək ki, Rüfət Əsgərov 1981-ci ildə anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2003-cü ildə isə leytenant rütbəsilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. İxtisasça kəşfiyyatçı olan mayor Rüfət Əsgərov 2016-cı ildən Ali hərbi məktəbin kəşfiyyat kafedrasında baş müəllim işləyib. O, xidmətdə fərqləndiyinə görə bir çox medallara, eləcə də fəxri fərmanlara layiq görülüb.

