Fransada ötən sutka koronavirusdan 310 nəfər ölüb
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 14 064 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 224 635 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan 310 nəfər ölüb, ölənlərin ümumi sayı 53 816 nəfər təşkil edir.

