Oğlu şəhid olan ata dözməyib dünyasını dəyişdi – FOTO
Sosial şəbəkələrdə Salyan rayonunda Vətən Müharibəsində şəhid olan hərbçinin atası vəfat etməsi ilə bağlı xəbər yayılıb.
ARANTV.AZ xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, Vətən Müharibəsində şəhid olmuş 21 yaşlı Elməddin Qasımovun atası, 1976-cı il təvəllüdlü Aqil Qasımov qəfil dünyasını dəyişib.


