Hadisə 

Tərtərdə traktor minaya düşdü: Yaralanan var – YENİLƏNİB

Tərtər rayonunun Qırmızıkənd kəndi ərazisində minaya düşən traktor sürücüsü Elgün Ələkbərovun vəziyyəti stabildir.

Bu barədə Oxu.Az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, o, üz nahiyəsinin, qarının ön divarı, sağ aşağı ətrafın kiçik ölçülü kor səthi qəlpə yaraları alıb.

14:38

Tərtər rayonunun Qırmızıkənd kəndi ərazisində traktor minaya düşüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə günorta saatlarında baş verib.

Hadisə nəticəsində traktorun sürücüsü,1987-ci il təvəllüdlü Elgün Ələkbərov xəsarət alıb.

Daha çox xəbərlər