Dünya 

Gürcüstan şirkəti Azərbaycana investisiya qoyacaq

Cənubi Qafqazın ən iri quşçuluq şirkətlərindən olan “Çirina” Azərbaycana investisiya qoymağı planlaşdırır.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu haqda şirkətin direktoru Revaz Vaşakidze bəyanat səsləndirib.

R.Vaşakidzenin sözlərinə görə, hazırda Azərbaycanın üç şirkəti ilə danışıqlar aparılır. “Çirina”nın 2020-ci ildə Azərbaycan bazarına daxil olacağı gözlənilir.

“Çirina” şirkəti – Cənubi Qafqazın ən iri quşçuluq kompleksidir. Kompleksin fəaliyyəti tam olaraq müasir Avropa texnologiyalarına əsaslanır.

Daha çox xəbərlər