Özbəkistanda çıxış vizası ləğv edildi
Özbəkistanda 1 yanvar tarixindən xaricə səyahət etməyə icazə verən “çıxış vizası” ləğv edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Özbəkistanın daxili işlər nazirliyi açıqlama yayıb. Açıqlamaya əsasən, prezident Şevket Mirziyoyev 2017-ci ilin avqustunda xaricə səyahətə icazə verən çıxış vizasının ləğv edilməsini, onun əvəzinə isə ikinci bir pasport tətbiqini ehtiva edən qərarnaməni təsdiqləyib.
Bundan sonra xaricə səfər edən özbək vətəndaşları alacaqları ikinci pasportdan istifadə edəcəklər. İkinci pasport isə 16 yaşdan yuxarı vətəndaşlara 10 il, 16 yaşdan kiçiklərə isə 5 il müddətinə veriləcək.
Qeyd edək ki, xaricə səfər üçün alınan çıxış vizası Özbəkistanda 1995-ci ildən tətbiq edilir. Bu günə qədər isə pasportlar həm ölkə daxilində şəxsiyyət vəsiqəsi, həm də xaricə səfərlər üçün istifadə edilirdi.
Ölkə.Az

