Senat ABŞ-ın Azərbaycandakı səfirini təsdiq etdi
ABŞ Senatı səsvermənin nəticələrinə görə Erl (Li) Litsenberqerin ABŞ-ın Azərbaycandakı səfiri postuna təyinatını təsdiqləyib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı məlumat Senatın “Twitter” hesabında yerləşdirilib.
“Erl Litsenberqer… ABŞ-ın Azərbaycandakı səfiri olacaq”, – məlumatda bildirilib.
Bununla da, Erl Litsenberqer Rober Sekutadan sonra ABŞ diplomatik missiyasının rəhbəri olacaq.
Eyni zamanda, ABŞ Senatı Linn Treyslini ABŞ-ın Ermənistandakı səfiri təsdiq edib.
Qeyd edək ki, Erl Litsenberqer müxtəlif vaxtlarda Almaniyanın Marşall Fondunun baş elmi işçisi, NATO yanında ABŞ missiyasının sədrinin köməkçisi vəzifəsində, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində çalışıb. E.Litsenberqer NATO-nun Kabildəkı baş mülki nümayəndəsinin köməkçisi vəzifəsini icra edib.oxu.az


