Məcburən evləndirmələr sağlamlığa ziyandır – DEPUTAT
Ümumiyyətlə, normadan kənar hər şeyi pisləyirəm. Erkən nikahlardır, nə bilim, qızların təhsildən yayındırılmasıdır və sair – hamısı normadan kənar olduğuna görə onları qətiyyətlə pisləyir və rədd edirəm.
ARANTV.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmov bildirib.
Yazıçı hesab edir ki, qızların təhsildən yayındırılaraq, erkən nikahlara vadar edilməsi, təhsilsizlik, savadsızlıq cəhalətdir, nadanlıqdır.
“Birinci, bu yöndə yüksək səviyyədə maarifləndirmə, təbliğat olmalıdır. Valideynlər, atalar, analar başa düşməlidir, dərk etməlidirlər ki, bu, həm də ziyandır. Erkən nikahlar, vaxtından əvvəl zorla, məcburən evləndirmələr sağlamlığa ziyandır”, – deyə H.Mirələmov əlavə edib.

