Hadisə 

25 yaşlı gənc ticarət mərkəzində yıxılıb xəsarət aldı

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü, Gəncə şəhər sakini Qürbət Bayramov “Abad” Ticarət Mərkəzinin ərazisində aparılan təmir-bərpa işləri zamanı yıxılıb.

O, beyin sümüyünün açıq sınığı, kəllə beyin qansızması ilə nəticələnən xəsarət alıb.

Q.Bayramov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər