Cəmiyyət 

Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 325 nəfər ərizə verib

ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi  tərəfindən 15  dövlət orqanına  ərizə qəbulu elan olunub. Müsahibədə iştirak etmək üçün indiyədək 325 nəfər ərizə verib. Onlardan 323-ü dövlət qulluğu vəzifələrinin B, 2-si isə A növünə aid olan vəzifələrin tutulması üçün müraciət edib. Qeyd edək ki, dövlət qulluğu vəzifələrinin B növünə aid olan vəzifələr üzrə ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vakant vəzifələri ilə bağlıdır. Nazirliyin dövlət qulluğu vəzifələrinin B növü üzrə müsahibəyə çıxardığı 66 vakant vəzifəyə 137 nəfər müraciət edib. Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq.

Daha çox xəbərlər