Siyasət 

Ukrayna portalında 20 Yanvar faciəsinə dair məqalə yerləşdirilib

ARANTV.AZ xəbər verir ki, Ukraynanın versii.com saytında 20 Yanvar faciəsinə dair məqalə yerləşdirilib. Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxan insanlara qarşı sovet ordusunun iri hərbi birləşmələrini Bakıya yeritməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib. Qeyd olunur ki,  həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gedərək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən ilk kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb.

Daha çox xəbərlər