Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qarabağla bağlı “ağıllı” planlar böyük gələcək vəd edir

By Vüsal Rafiqoğlu
01.05.2021 3 Min Read

“Ruhlar məskənləri”ndən “ağıllı şəhərlər”ə

Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası və bununla bərabər bölgədə əhalinin kütləvi məskunlaşdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmiş 5 milli prioritetdən biridir. Qeyd edək ki, ölkənin milli prioritetləri BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik” məqsədlərinə əsaslanır. Azərbaycan Qarabağın dirçəlişi, “ruhlar məskənləri”ni “ağıllı şəhərlər”ə, “ağıllı kəndlər”ə çevirmək üçün bütün resurslarını, eyni zamanda, maraqlı tərəfləri səfərbər etməkdədir.

Məlum olduğu kimi, Zəngilan rayonunda artıq ”ağıllı kənd”in təməli qoyulub. Layihənin icrası 5 komponent üzrə həyata keçiriləcək: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Bu arada, BMT-nin 2020-ci ildəki hesabatında Azərbaycan əhalisinin 2030-cu ilə qədər 600 min nəfər artacağı proqnozlaşdırılır. Böyük sosial-iqtisadi layihələrə əsaslanan şəhərsalma ilə bağlı uzaqgörən planlar isə müharibə nəticəsində dağılmış Qarabağ regionunu inkişaf etdirəcək. Təbii olaraq, müharibədən sonra regionun bərpası uzun zaman alacaq. Bu, həm də kifayət qədər böyük vəsait tələb edən bir prosesdir. Odur ki, Bakı artıq azad edilmiş ərazilərdə effektli idarəçilik sistemi qurmağa başlayıb. Prezident İlham Əliyev bu bölgədə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli məqsədilə Əlaqələndirmə Qərargahı yaradıb. Qərargah Qarabağın inkişaf strategiyasını həyata keçirəcək böyük dövlət qurumlarının fəaliyyətini sinxronlaşdırır. Bundan başqa, ölkə başçısının xüsusi nümayəndələri institutu təsis olunub. Bu nümayəndələrdən biri Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya təyin edilib. Yeni yaradılan növbəti qurumlardan biri Qarabağ Dirçəliş Fondudur. Fond azad edilmiş Azərbaycan ərazilərin bərpasına maliyyə yardımı göstərəcək. Bu yaxınlarda yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi isə Ermənistanın minalanmış ərazilərin xəritələrini Bakıya verməməsinə rəğmən, artıq fəaliyyətə başlayıb.

“Yaşıl enerji” və meşəsalma

Neftlə zəngin Azərbaycan “yaşıl enerji” sahəsinin inkişafına sadiqdir. Ölkənin daxili su resurslarının dörddə birinin (illik 2,56 milyard kubmetr su) mənbəyi isə elə həmin Qarabağdadır. Tərtər, Bazarçay, Həkəri kimi əsas və digər kiçik çayların hidroenerji sahəsində böyük potensialı var. Hesablamalara əsasən, Qarabağda 3000-4000 meqavat günəş, 300-500 meqavat külək enerjisi potensialı mövcuddur.

İranla birgə inşa edilən “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının ümumi istehsal gücü 280 meqavat olacaq. Bundan başqa, Kəlbəcər-Laçın zonasında da su elektrik stansiyalarının tikintisi planlaşdırılır. Onların ümumi istehsal gücü 120 meqavat olacaq. Sadalanan stansiyalar sayəsində region “yaşıl enerji”yə arxalana biləcək. Başqa sözlə, bölgənin enerjiyə olan ehtiyacını “yaşıl enerji” təmin edəcək. Üstəlik, Kəlbəcərin gündəlik 3093 kubmetr, Şuşanın isə 412 kubmetr olan mineral su ehtiyatları da regionda “yaşıl enerji” sahəsinin inkişafı baxımından böyük potensiala malikdir. Burada əsas məsələ təkcə enerjinin “yaşıl” sahədən əldə olunması deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və “ağıllı” sistemlərdən istifadə edilməsidir. Bir sözlə, Azərbaycan hökumətinin “yaşıl enerji” zonası elan etdiyi Qarabağda ətraf mühitinin mühafizəsi səylərini artırması əslində, ölkənin qlobal iqlim dəyişikliyi probleminə cavabıdır.

Məlum olduğu kimi, işğal dövründə ağacların kütləvi qırılması nəticəsində Qarabağdakı meşələrin ümumi sahəsi 174 min hektara qədər azalıb. Xatırladaq ki, müharibəyədək bu rəqəm 228 min hektar olub. Azərbaycan dövləti artıq Qarabağda meşələrin bərpasına da başlayıb. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, həmçinin Laçın, Qubadlı, Arazboyu və Daşaltı dövlət təbiət yasaqlıqlarında müvafiq planlar icra edilir. Ətraf mühitin əsas komponentlərindən olan meşələr Azərbaycanın iqlim dəyişikliyinin miqyasını azaltmaq, həmçinin səhralaşmanın, bioloji müxtəlifliyin itirilməsinin və atmosferdəki qaz balansının pozulmasının qarşısının alınması səylərinə əvəzsiz töhfə verəcək. Bu, Qarabağın sosial-iqtisadi inkişafına da öz təsirini göstərəcək.

Qarabağın bərpasına dövlət və özəl investisiyanın cəlbi bölgənin dayanıqlı iqtisadi inkişafının təməlini təşkil edir. Azərbaycan dövləti 2021-ci ildə regiona 1,3 milyard dollar (10,61 milyard lirə) investisiya yatıracaq. Bu, Azərbaycanın ümumdaxili məhsulunda qeyri-neft sektorunun payını artıracaq. Nəticənin necə olacağı isə bəllidir: yeni yolların çəkilməsi, qaz və elektrik obyektlərinin tikilməsi və digər infrastruktur layihələri regionun iqtisadiyyatının artmasına töhfə verəcək, gələcək iqtisadi artım üçün böyük potensial yaradacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarabağda məscidlərin dağıdılması, təhqir edilməsi İslam dininə qarşı ən böyük cinayətdir – Erməni vandalizmi

Next

Zəfər müharibəsinin qəhrəmanları: Vətən mənim vüqarım, Vüqar mənim vətənimdir

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv