Gündəm 

“Azərkosmos”un yeni statusu Azərbaycanda kosmik sahənin inkişafına təkan verəcək – Nazir

“Azərkosmos” ASC-nin yeni statusu Azərbaycanda kosmik sahənin, beynəlxalq arenada, həm özəl, həm də dövlət müəssisələri ilə əməkdaşlığın inkişafına təkan verəcək.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyev Sankt-Peterburqda Beynəlxalq Kosmos Tədqiqatları Konfransında deyib.

O bildirib ki, nazirlik “Azərkosmos” ASC-nin kosmik agentliyə çevrilməsi ilə bağlı statutusunun dəyişməsi məsələsinə xüsusi diqqət ayırır.

Nazirin sözlərinə görə, Azərbaycan mütəxəssislərin iştirakı ilə kosmik xidmətlərin rəqabətqabiliyyətliliyini təmin edə bilib:

“İnanıram ki, bu, innovasiyaları genişləndirməyə və kosmik sahəyə investisiyaları cəlb etməyə imkan verəcək. Ölkəmiz kosmik sahədə yeni xidmətlər yaradır, eləcə də bu xidmətlərin regional bazarlara çıxmasına kömək edir”.

Daha çox xəbərlər