Bu meyvələr arıqlamağa mane olur
Meyvələr təbii vitamin mənbəyidir, mütləq şəkildə rasiona daxil edilməlidir. Lakin onları düzgün zamanda qəbul etmək lazımdır, xüsusilə arıqlamaq istəyənlər diqqətli olmalıdırlar. Əks halda çəki artımına səbəb ola bilər.
Rusiyalı dietoloq Svetlana Kaşiçkaya “Sağlam olmaq gözəldir” proqramında çəki artımına səbəb olan meyvələrin adlarını sadalayıb.
Hər bir meyvənin tərkibində müəyyən qədər şəkər var. Bundan əlavə, karbohidratlarla zəngin olan meyvələr də çoxdur, məsələn, banan, üzüm, armud, manqo. Mütəxəssisin sözlərinə görə, arıqlamaq üçün bu meyvələri rasiondan tamamilə çıxarmaq lazımdır. Digər meyvələri isə düzgün miqdarda və zamanda yemək olar.
“Orqanizmdə saatda 10 qram karbohidrogen mənimsənilir. Bir almada olan karbohidrat həcmi də eyni bu qədərdir. Ona görə də, hər saatda bir alma yesəniz, rasiona başqa məhsullar əlavə edib-etməməyinizdən asılı olmayaraq arıqlamağa başlayacaqsınız. Ancaq hər saatda üç alma yeyərək, karbohidratları toplasanız, bu zaman bir alma qlikogenə, digər iki alma isə yağa çevriləcəkdir”,-deyə mütəxəssis bildirib.
Bundan əlavə, dietoloq meyvəni saat 17:00-dan sonra qəbul etməməyi məsləhət görüb.

