Gürcüstanda prezident seçkilərinin vaxtı açıqlandı

Gürcüstanda prezident seçkiləri bu il oktyabrın 28-də keçiriləcək.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan prezidenti Georgi Marqvelaşvili məlumat verib.

Qeyd edək ki, bu, Gürcüstanda birbaşa keçirilən son prezident seçkiləri olacaq. Prezident altı il müddətinə seçiləcək. Sonrakı seçkilərdə Seçki Kollegiyasının üzvləri səs verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir