Pərviz “Zəfər” üçün Pakistanda
Dost Ölkə Pakistanın İslamabad şəhərində 8 Noyabr “Zəfər” gününə həsr olunmuş konsert proqramı təşkil olunmuşdur. ARANTV.AZ xəbər verir ki, gecədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Hərbi Attaşe Mehman Novruzov, Türkiyədən, Rusiyadan və digər ölkələrdən dəvət olunmuş yüksək rütbəli hərbiçilərdə iştrak etmişdir. Tədbirin yaradıcı hissəsi Azərbaycandan dəvət olunmuş sevilən, gənc ifaçı Pərviz Abdullayevə həvalə olunmuşdur. Pərvizin vətənpərvərlik ruhunda hazırladığı xüsusi konsert proqramı, dövlət nümayəndələri və hərbiçilər tərəfindən maraqla qarşılanmışdır.



