Hadisə 

Azərbaycanda daha bir avtobus dəhşəti: Ölən və yaralıların adları – SİYAHI

Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, “Ford” markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,

1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı.

Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda daha bir avtobus dəhşəti: Ölən və yaralıların adları - SİYAHI
Azərbaycanda daha bir avtobus dəhşəti: Ölən və yaralıların adları - SİYAHI
Azərbaycanda daha bir avtobus dəhşəti: Ölən və yaralıların adları - SİYAHI

 

Daha çox xəbərlər