Mağazadan 2200 manatlıq oğurluq
Yasamal rayonu, A. Şərifzadə küçəsi 345-də yerləşən mağazada oğurluq olub.
ARANTV.AZ-ın məlumatına görə, Bayram Allahquliyevə məxsus mağazadan 2217 manat pul oğurlanıb. Belə ki, səhər saatlarında mağazanı açan işçi kassadan pulların oğurlandığını görüb. Dərhal baş vermiş cinayət barədə mağazanın sahibinə sonra isə ərazi üzrə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məlumat verib. Cinayət baş verən əraziyə gələn polis əməkdaşları şahidləri dindirib, mağazanın müşahidə kameralarına baxış keçiriblər.
Faktla əlaqədar Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.ölkə.az

