Nazirlik: Azərbaycanda meşə yanğınının 97 faizi insan faktoru ilə bağlıdır
Azərbaycanda meşə və çöl ərazilərinin yanğınının 97 faizi insan faktoru ilə bağlıdır.
ARANTV.AZ xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir:
“Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”.
Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir:
“Yəni ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq”.
F.Əlizadə qeyd edib ki, sonsuza qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil:
“Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir”.
OXU.AZ

