Xamanei Süleymanini “Zülfüqar” nişanı ilə təltif etdi
İranın Ali dini lideri Əli Xamanei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanı general-mayor Qasım Süleymanini “Zülfüqar” nişanı ilə təltif edib.
ARANTV.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə İranın Qüds qüvvələri komandanlığının nümayəndəsi Əli Şirazi deyib.
O, Süleymaninin bu təltifi münasibətilə Qüds qüvvələri komandanlarını, İran xalqını və Müqavimət Cəbhəsini təbrik edib.

