Gəmiqaya ətrafında qədim türk mədəniyyətinin izləri
Gəmiqaya adı, еcazkar gözəlliyi, min illər bоyu haqqında söylənilən əfsanə və rəvayətlərlə hər zaman diqqəti cəlb edir. Buradakı yalçın qayalı yamaclarda оlan zəngin tariхi abidələr, vulkanik mənşəlli daşlardakı qayaüstü təsvirlərdən ibarət yazılı daş salnamələrimiz hər birimizi Azərbaycan хalqının milli mənəvi dünyasının ulu yaddaş çağına aparıb çıхarır. Həmin tariхi abidələr kоmplеks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət хəzinəsinə qızıl fоnd kimi daхildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demi.di: Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikası ən qədim mədəniyyətin daşyıcıları olan tarixi abidələri ilə məşhurdur. Belə abidələrdən biri də xalqımızın tarixən bu torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksidir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən 2001-ci ilin aprelin 26-da imzalanmış “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, 2005-ci ilin dеkabrın 6-da imzalanmış “Naxçıvan Muxtar Rеspublikasının ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” Sərəncamlarının Gəmiqaya və onun ətrafındakı abidələrin tədqiqi işində mühüm əhəmiyyət daşıyir.
Gəmiqaya abidəsinin daha dərindən tədqiqi üçün oradakı qayaüstü təsvirlərlə yanaşı onun ətrafındakı abidələrin tədqiq edilməsi də, mühüm yer tutur. Onları kompleks şəkildə öyrənməklə Gəmiqaya ətrafında yaşamış insanların maddi və mənəvi mədəniyyətini dərindən öyrənmək mümkündür. Gəmiqaya ətrafında aparılan arxeoloji tədqiqatlar zamanı qeydə alınmış Hümay qayası nekropolu belə abidələrimizdən olub tariximizin, maddi və mənəvi mədəniyyətimizin öyrənilməsində mühüm yer tutur.
Humay qayası nekropolu Nəsirvaz kəndinə gedən yoldan yuxarıda, Nəbi yurdu və Qara pirdən aşağıda, “Humay qayası” dağının ətəyində, təpə üzərində yеrləşir. Abidə bir tərəfdən dərin dərə ilə, digər tərəflərdən düzənlik sahələrlə əhatə оlunmuşdur. Sahəsi 1 hektara yaхındır. Abidə Orta əsrlər dövrünə aiddir. Oradakı qəbirlərin üzü şərq istiqamətindədir. Qəbirlərin çохu təbii aşınma nəticəsində dağılmışdır. Nekropolda aparılan araşdırma zamanı yerli əhalidən toplanılmış etnoqrafik materialların mühüm əhəmiyyəti vardır. Bu istiqamətdə tərəfimizdən aoarılan araşdırma zamanı məlum olumuşdur ki, abidə təsadüfən Humay qayası adlanmır. Onun belə adlanmasının qədim tarixi, mənası var. Gəmiqaya ətrafındakı Tivi, Nəsirvaz və Bist kəndlərinin sakinlərindən topladığımız etnoqrafik materiallardan məlum olur ki, həmin ərazinin Humay qayası adlanması ilə bağlı iki rəvayyət bölgə əhalisinin yaddaşında hələ də. qalmaqdadır. Rəvayətlərin biri Humay (Umay) quşu ilə bağlıdır. Digər bir rəfayətdə Humay qayasınin (dağının) şəxs adı ilə bağlı olduğu bildirilir. Həmin rəvayətə görə Humay adlı gözəl bir qız olmuşdur. Bu qızla kəndin (hansı kəndin çobanı olduğu dəqiq bilinmir) çobanı bir-birini çox sevibdirlər. Varlı bir oğlan Humayın gözəlliyinə aşiq olub onu zorla almaq istəmişdir. Sevgilisindən ayrılmamağa söz verən Humay varlı oğlanla evlənməkdənsə ölməyi üstün tutmuşdur. Dağın zirvəsinə çıxaraq özünü oradan atmışdır. Ona görə də, bu dağ Humay qayası adlanmışdır.
Hər iki rəvayətlə bağlı apardığımız müqayisəli araşdırma apararkən məlum olur ki, onlar prototürk mədəniyyəti ilə bağlılıq təşkil edir. Burada qədim türk mədəniyyəti ılaməti var. Bu bu cəhətdən dağın və quşun Humay adlanması daha çox maraq döğurur. Yəni rəvayətlərdə Humay onqon-quş motivində, dağ kultu ilə bağlı qeyd olunur. Humay (Umay) ilahəsi isə qədim türk mədəniyyətində özünəməxsus yer tutur və müxtəlif şəkildə təsəvvür edilir. Humay (Umay) ilahəsinin qədim türk mədəniyyətində özünəməxsus yer tutması ilə bağlı ilk məlumat Gültəkin abidəsində, daha sоnra isə Tоnyuqukda vardır. Hər iki abidədə Humay (Umay) ilahəsinə olan inancdan bəhs olunmuşdur. Tonyuquk abidəsində Humay haqqında belə yazılmışdır. “Geri dönelim. Ere (?) nefsini saklamak yektir dedi. Ben (ise) böyle derim! Ben Bilge Tonyukuk Altun ormanını aşarak geldik, İrtiş Irmağı’nı, geçerek geldik. (buraya) gelenler (düşmanlar) cesur dedi (demişler); (bizim geldiğimizi ise) duymadılar. Tanrı, Umay kutsal yer, sular (bizim için onlara) gaflet verdi. Neye kaçarız. (Onlar) çok diye niye korkarız. Az[ız] diye niye basılalım. Taarruz edelim dedim. Taarruz ettik, perişan ettik. Ertesi günü çok geldiler.
Humay qayasının müqqəddəs dağ kimi qəbul edilməsi, Humay (Umay) ilahəsinin “dağ kultu” ilə ələqəli şəkildə təsəvvür edilməsi məsələsini araşdırarkən məlum olmuşdur ki, Humay qayası ilə yanaşı Gəmiqaya ətrafında yerləşən digər abidələrdə, Bibqətəl pirində və Qara pirdə də, əsas inanc obyekti dağdır. “Onqon-quş motivi” kimi “dağ kultu” da, prototürk mədəniyyəti üçün xarakteikdir. Fikrimizi əsaslandırmaq üçün mənbələrə nəzər salsaq görərik ki, türk mifologiyasında, prototürk mədəniyyətində dağa olan inam, “dağ kultu” ilə bağlı məlumatlar müxtəlif formada əks olunmuşdur. Altay-Sayan türklerinin, yakutların, hakasların, şorların və digərlərinin inanc sistemidə, dini-mifoloji görüşlərində “dağ kultu” əhəmiyyətli yeri tutmuşdur. Yakutlar dağa hörmətlə dağ sahibi (yakyca tia iççite) deyibdilər. Yaqut mifologiyasında dağların qohum və nəsilin qoruyucusu olması ilə bağlı məlumatlar da, əks olunmuşdur. Hakaslara görə dağlar canlı varlıqlar kimi böyüyürlər. Şorların dini-ideoloji görüşlərinə görə kiçik dağlar daha böyük dağlara tabedirlər. Dağlar bir yerdən başqa yerə gedə bilir, bir-birləri ilə döyüşür və hətta evlənirlər.
Humayın onqon-quş kimi qəbul edilməsi məsələsini araşdırarkən məlum olur ki, hər bir oğuz tayfasının ayrıca quş onqonu olmuşdur. Oğuzlarda müxtəlif quşlar müqəddəs hesab olumuşdur, onları onqon kimi qəbul etmişlər. Humay quşu da belə onqonlardan olmuşdur. B.Ögəl quş onqonları boy və soylar üzrə qruplaşdırarkən Çəbni-Şunqar / Humay (Hümay) formasında göstərərək qeyd etmişdir ki, “əfsanəvi hüma / humay quşunun adı indi mövcud olan quşlara da verilmişdir. Məsələn, huma və ya hüma Krımda ən yaxşı cins qartallardan birinə verilən ad olmuşdur. Bu quşun adı qırğız ləhcəsində kumaykimi kimi işlənmişdir. Qırğızlar vulturide quş növünün ən böyük cinsinə kumay demişlər”. Tədqiqatçılardan H.Tantəkin də, qeyd olunan məsələ ilə bağlı maraqklı fikir irəli sürmüşdür. O, onqon kimi tanınan Humay quşunu “Hüma quşu” adlandıraraq qeyd etmişdir ki, “ Bu quş (“Hüma quşu”) nağıllara şahlıq quşu surəti kimi daxil olmuşdur. O, kimin başına qonubdursa, xalq həmin adamı hakimiyyətə gətirib özünə padşah etmişdir. Huma (Humay) quşu sinfi mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər kəsin başına qonmuşdur”.
Gəmiqayadakı qayaüstü təsvirlər kimi, onun ətrafındakı abidələrdə də, qədim türk mədəniyyətinin izlərinin olması onu qeyd etməyə əsas verir ki, tariximizlə, maddi və mənəvi mədəniyyətimizlə bağlı irəli sürülmüş saxta fikirlərin heç bir elmi əsası yoxdur. Naxçıvan Muxtar Respublikası qədim sivilizasiya mərkəzlərindən biridir. Bu ərazidə tarixən türklər yaşamışdır. Naxçıvan diyarı qədim türk torpağıdır.
Toğrul Xəlilov,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

