Dünya 

Səudiyyəli nazir: “Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır”

Neft istehsal edən ölkələrin əsas məqsədi qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Bakıda OPEK+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih deyib.

Nazir bildirib ki, ötən il bir sıra tədbirlər sayəsində bazarın stabilləşməsinə nail olmaq mümkün oldu. O əlavə edib ki, bir çox uğurlara baxmayaraq, hələ də çox iş görmək lazımdır:

“Mən şadam ki, iclas Bakıda, neftin vətənində keçirilir. Biz bu gün burada Azərbaycanın neft sənayesinin uğurlarını qeyd etmək üçün toplaşmışıq”.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.

Daha çox xəbərlər