Bərdədə “Şuşa ilində Zəfər tariximiz” adlı intellektual yarış keçirilmişdir.
YAP Bərdə rayon təşkilatı Qarabağ RTİ Bərdə sektoru və rayon Gənclər və İdman İdarəsi birlikdə məktəblilər arasında “Şuşa ilində Zəfər tariximiz” adlı intellektual bilik yarışı keçirmişlər. Şəhər tam orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual oyunu şəhər 7 saylı tam orta məktəbin böyük akt zalında keçirilmişdir.
Yarışdan öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yarışı açıq elan edən şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayeva məktəblilərə uğurlar arzulamışdır.
Aşılışda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya “Şuşa ilində əlamətdar tarixi günlərdən, YAP-ın yaradaılmasının 30 illiyindən və Zəfər tariximizdən danışmış, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Daha sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov məktəblilər üçün bu cür bilik yarışlarının əhəmiyyətini xüsusi vurğulamış, Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov Qarabağın zəngin tarixini bilməyin vacibliyini önə cəkmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi, bununla əlaqədar keçirilən silisilə tədbirlərdən söz açmışlar.
Gərgin intellektual mübarizə şəraitində keçən yarışda münsiflər heyətinin qərarına əsasən qalib komandalar – şəhər 8 saylı tam orta məktəb komandası I yer, şəhər 3 saylı tam orta məktəbin komandası II yer, şəhər 5 saylı tam orta məktəbin komandası III yer tutmuşlar.
Qalib komandalar təşkilatçılar tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.







