Region Xəbərləri 

Zəruri əməkdaşlıq istiqaməti

1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunun əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarətdir. Koronavirus pandemiyası səbəbindən Forum 2021-ci ildə onlayn, 2022-ci ildə isə yanvar ayında deyil, may ayında təşkil olunub. Dünya İqtisadi Forumu bu il 16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirildi.
Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması Forumun əsas diqqət mərkəzində idi.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Davosda Ermənistanın təcavüzkar obrazı Prezident tərəfindən bir daha dünya ictimaiyyətinə təqdim olundu. Prezident İlham Əliyev regiondakı geosiyasi sabitliyə təhdid olan Ermənistanın rəhbərliyinin sülh və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi belə beynəlxalq platformaya qatılmamasını İrəvan hökumətinin sülh təşəbbüskarlığına qarşı hədsiz məsuliyyətsiz davarmasının nümunəsi kimi qiymətləndirdi və bir daha Davosda beynəlxalq sülh ictimaiyyəti qarşısında Ermənistanın bu siyasətini ifşa etdi.
Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur.
Orta Dəhlizlə bağlı çoxtərəfli razılaşmalara gəlindiyini bildirən Prezident qeyd etdi ki: “Mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Davos İqtisadi Forumu və bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən amillərdir. Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır, eyni zamanda şirkətlər də bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu bizim üçün nə qədər əhəmiyyətlidirsə, ölkəmizlə əməkdaşlıq da Davos İqtisadi Forumu üçün bir o qədər mühümdür.
Aynur Baxşəliyeva – Şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər