Hadisə 

Abşeronda 17 yaşlı gənc qızı avtomobil vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Qobu qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Usubzadə Dərya Zəfər qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər