Region Xəbərləri 

A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib – FOTOLAR

27 sentyabr-Anım Günü ilə əlaqədar A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Gülnarə Əliyeva başda olmaqla müəllim  heyəti və şagirdləri iştirak ediblər.İlk öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə məktəbin direktoru G.Əliyeva tədbir iştirakçılarına Anım Gününün təsis olunması haqqında məlumat verərək bildirib ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2- dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib.

Sonda məktəb şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, xatirə şəkilləri çəkdiriblər.

Daha çox xəbərlər