Region Xəbərləri 

Bərdə RMX kollektivi 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında keçirilən anım mərasimində iştirak etmişdir+Fotolar

Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında keçirilən anım mərasimində iştirak etmişdir. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarları önündə gül dəstələri qoyuldu. Direktor Vüsal Məmmədov şəhid ailələri ilə tək-tək görüşərək ehtiramını bildirmişdir.
Vətən müharibəsinin başladığı gün – 27 sentyabr – müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır və onların xatirəsini əziz tuturlar.

Daha çox xəbərlər