Region Xəbərləri 

Şərqi Zəngəzur günü –gündən çiçəklənir

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra 30 il işğal altında qalmış torpaqlarımız qəhrəman vətən oğullarının şücaəti bahasına və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad edildi. Hal-hazırda dövlət və xalq olaraq qarşımızda duran ən böyük vəzifə dağılmış infastrukturu bərpa etmək öz ev-eşiyindən didərgin düşən vətəndaşlarımızı doğma yurd-yuvasına geri qaytarmaqdır.
Şərqi-Zəngəzur iqtisadi zonasının Zəngilan rayonunun sakinləri azad edilmiş bölgələr içərisində ilk dəfə olaraq öz evlərinə qayıtdılar. Sevindirici bir haldır ki, tamamilə yenidən qurulmuş müasir infrastura malik Ağalı kəndində həyat qaynayır.
Bu qayıdış bütün işğaldan azad edilmiş ərazilərdə olacaq, çünki illərdir öz doğma yurd-yuvasından didərgin düşən xalqımız vətən həsrəti ilə yaşayır.
Hal-hazırda Zəngilanda və bütün Şərqi-Zəngəzurda müxtəlif istiqamətlərdə fəal işlər gedir. Zəngilan şəhəri də 2025-ci ilədək öz sakinlərini qəbul edəcək.
Zəngilan mühüm nəqliyyat qovşağıdır və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafında xüsusi rol oynayacaqdır.
Zəngilan Azərbaycanın ən gözəl guşələrindəndir. Təbii halda bitən Şərq çınarı meşəsi, kiçik Qafqazın gözəl dağ landşaftı, müxtəlif mineral mənbələrin olması gələcəkdə burada turizm sektorunun inkişafına böyük təkan verəcək. Bu təbii sərvətlər uzun illər ermənilər tərəfindən talanmış dünyada tayı-bərabəri olmayan Bəsitçay Şərq çinarı meşəsinin yaşı 2500 ilə çatan ağacları məhv edilmişdir. Artıq bu sərvətlər ölkəmizin qoruması altındadır. Prezident İlham Əliyev Zəngilana ilk səfərlərindən birində məhz bu qoruqda olmuşdur.
Bölgənin yol infrastrukturu sürətlə inkişaf edir. Sovet dövründə çəkilmiş və paytaxt Bakını Naxçıvanla birləşdirən Bakı-Ələt- Mincivan- Culfa dəmir yolunun Horadizdən Mincivana qədər olan hissəsi ermənistan qüvvələri tərəfindən tamamilə sökülərək talan edilib. Hazırda Horadizdən Zəngilana qədər bu yol yenidən qurulur.
Zəngilanda yeni yaşayış məskənləri salmaqla yanaşı, həmçinin intensiv kənd təsərrüfatı da inkişaf etdirilir. Gələcəkdə bu torpaqlarda istehsal edilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları həm yerli tələbatı ödəyəcək, həm də dünya bazarına ixrac ediləcək.
Kənd təsərrüfatı müəssisələri ilə birgə sənaye qovşaqları yeni iş yerləri yaradılaraq geriyə qayıdan insanları iş yerləri ilə tam təmin etmək qarşıda duran prioritet məsələlərdən biridir.
İşğaldan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün əvvəl sosial infrastruktur yaradılır, yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir. Növbəti üç ildə yüz mindən çox vətəndaşımız öz doğma yur-yuvasına qayıdacaqdır. Qarabağda və Şərqi-Zəngəzurda yenidənqurma işlərinin aparılmasında bir çox dövlətlər dəstək göstərir, xalqımızın haqq işində yanında olduğunu nümayiş etdirirlər.
İşğaldan azad edilən ərazilərdə ən müasir texnika və texnologiyaya cavab verən infrasturuktur yaradılacaq, günəş, külək və su enerjisi kimi ətraf mühiti çirkləndirməyən mənbələrdən istifadə edərək Zəngəzur və Qarabağ həm öz ərazisini enerji ilə təmin edəcək həm də yaşıl enerji ixrac edəcək.
44 günlük müharibədən sonra bəzi qüvvələr müharibənin yarıda qalması kimi fikirlər yürüdərək dövlətimizin bu qələbəsinə kölgə salmaq istəyirdilər. 19 sentyabr tarixində son antiterror tədbirlərinin keçirilməsi ilə İlham Əliyevin necə uzaqgörən siyasət yürütdüyünün bir daha şahidi olduq. Bu siyasətdə İlham Əliyev hər iki tərəfdən qan tökülməsinin qarşısını almış oldu və göstərdi ki, rəhbər olaraq Azərbaycanda yaşayan bütün xalqların hüququna hörmətlə yanaşır. Prezidentimiz dəfələrlə bunu öz çıxışında qeyd etmişdir. Dünya siyasi arenasında güc, iradə və əzm nümayış etdirərək tam suverenliyimizi bərpa etmişik .Və inanırıq ki, artıq regionda sülh və sabitlik, gələcək xalqlar arasında da əməkdaşlıq yaradacaqdır.
Sevinc Məmmədova – Şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər