ABŞ-ın yeni hərbi məqsədlər üçün məbləği: 720 milyard dolar – Rusiya narahatdır
ABŞ-ın yeni müdafiə büdcəsində hərbi məqsədlər üçün ediləcək rekord ödəmələrdən Moskva narahatdır.
ARANTV.AZ axar.az-a istinadən bildirir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
“720 milyard dolar hərbi məqsədlər üçün görünməmiş miqyasda olan xərcləmələrdir. Bu özü-özlüyündə narahatverici məqamdır”, – deyə o, bildirib.
Onun sözlərinə görə, Moskva ABŞ-ın Rusiya ilə açıq səma razılaşması çərçivəsində əməkdaşlığı dayandırmasından narahatdır.

