Region Xəbərləri 

Bərdə Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bərdə Rayon Mərkəzi Xəstəxanasında 07.10.2023-cü il tarixdə hamiləlik dövründə icra olunan USM müəyinələrinin protokol qaydalara uyğun təşkili və icrası ilə bağlı həkimlərin praktiki və nəzəri biliklərinin artırılması məqsədilə tədbir keçirilib.
Tədbirə bəhs olunan sahə üzrə respublikanın ixtisaslaşmış tibb müəsisələrinin aparıcı həkim mütəxəsisləri dəvət olunub.
Oksigen Klinik Xəstəxanası Fetal Mərkəzin rəhbəri, Həkimləri Təkmilləşdirmə İnstitununun Radiologiya kafedrasının işçisi, Respublikanın Fetal ultrasəs müayinələri üzrə aparıcı mütəxəssisi Azər Fərəcov və onun yaratdığı Fetal mərkəzin bəzi həkimləri Bərdə RMX-nın Radiologiya şöbəsinin həkim-radioloqu Leyla İsgəndərova “Fetal tibbin keçmişi, bu günü, gələcəyi”, “Müayinələr zamanı rast gəlinən ürək Qüsurları”, “Fetal mid-sagital kəsiyin önəmi”, “Spina bifidanın erkən və gec diaqnostikası, diaqnostik markerləri”, “Fetal ürək, rutin və detallı müayinə” və s. mövzularda təqdimatlarla çıxış ediblər. Tədbirdə Azər Fərəcov tərəfindən 4 nəfər xəstə üzərində əyani müayinə aparılmaqla tədbir iştirakçılarına master verilib.
Sonda məruzəçilər və tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Daha çox xəbərlər