Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Böyük Zəfərlərə aparan yolun 20 ili” şüarı altında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinə həsr edilmiş ağacəkmə aksiyası keçirmişdir.

Aksiyaya başlamamışdan öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək bildirmişdir ki, bugün Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əldə olunan böyük Qələbələr, Zəfərlər ötən 20 ildə xalqımızın sevimli rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində addım – addım, qətrə -qətrə çox böyük zəhmətlər hesabına əldə olunmuşdur. Bu Qələbələr Ulu öndər Heydər Əliyevin parlaq ideyalarının, xalqın dəmir yumruq kimi bu ideyalar və onu layiqincə həyata keçirən cənab İlham Əliyevin ətrafında sıx birliyinin nəticəsidir. Biz inanırıq ki, bundan sonra da ölkə Prezidenti cənab İlham Əliyev xalqımizin və dövlətimizin gələcəyinin daha möhkəm və daha parlaq olmasını davam etdirəcəkdir.
Aksiya zamanı şəhid Pərvin Əlizadə küçəsində yerləşən “Ana” heykəlinin ətrafında yerləşən hissədə 100 ədəd şam ağacı əkilmişdir.
Aksiyada 10 saylı və 23 saylı ƏPT üzvləri, həmçinin təhsil, mədəniyyət, gənclər idman və s.
sahələrdə çalışan partiya fəalları iştirak etmişlər.
Aksiya iştirakçıların fəallığı və yüksək əhval-ruhiyyələri ilə başa çatmışdır.
Aksiyanın keçirildiyi “Ana” abidəsinin yanında xatirə şəkli çəkdirilmişdir.

Daha çox xəbərlər