İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimiz dərinləşir
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir”
Bu sözlərlə cənab Prezident İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin Azərbaycan üçün önəmli və əhəmiyyətli olmasını nə dərəcədə vacib ,əhəmiyyətli bir məqam olduğunu diqqətə çatdırıb.
Bidiyimiz kimi oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.
Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətimizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiayasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.
Yeri gəlmişkən, respublikamızın həyata keçirdiyi iqtisadi strategiyada təmiz enerji layihələrinin reallaşdırılması xüsusi yer tutur.
İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidən qurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində həayata keçirilən layihələrin iştirakçıları sırasına tezliklə qoşulacağını da bəyan edir.
Cənab Prezidentin dediyi kimi “Əminəm ki, bu iclas ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəkdir”.
Elməddin Əsgərxanov YAP Bərdə rayon təşkilatının sədr müavini

