Gündəm 

Budur gəlir cüt “bacı…”

Onlar Cənubi Qafqazda müharibə havasına oynayacaqlar

Fransanın Azərbaycana qarşı qərəzli və düşmən münasibəti hər kəsə məlumdur. Bu dövlətin başçısı Emmanuel Makron və ondan əvvəlki dörd prezident də ölkəmizə qarşı təzyiq siyasəti yeridiblər. Makron isə “Biz hər vaxt Ermənistanın yanındayıq” deməklə əvvəllər gizli apardıqları oyunları açığa çıxardı. Rəsmi Bakı dəfələrlə Parisi Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərində və telefon danışıqları zamanı bəyan edib ki, Parisin Ermənistana silah tədarük etmək planı sülhə deyil, gərginliyin artırılmasına yönəlib. Dövlət başçısı oktyabrın 11-də MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanı sərt tənqid edib. Prezident Emmanuel Makronun Azərbaycanın beynəlxalq hüquqla probleminin olması ilə bağlı sayıqlamalarının sadəcə gülüş doğurduğunu bəyan edib.

“Fransadan söz düşmüşkən, bu ölkə rəhbərliyinin 2020-ci ildən bütün dövr ərzində və indi də davam edən dağıdıcı və təxribatçı rolunu da qeyd etmək istərdim. Azərbaycana qarşı çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantajlar heç bir nəticə verməyib. Fransa prezidenti bildirib ki, Azərbaycanın beynəlxalq hüquqla bağlı problemləri var və bu, ancaq gülüş yarada bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb”, – Prezident bildirib.

Görünən odur ki, Rusiya-Ermənistan gərginliyində əsas maraqlı tərəf məhz Fransadır. İrəvanı Cənubi Qafqazda vassalına çevirməkdə israrlı olan Paris ABŞ-ın ardınca təlim adı altında Ermənistana öz hərbçilərini göndərib. Fransız hərbçilər “HOPE FSX2023” təlimlərində iştirak ediblər. Məlumata görə, Ermənistana “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa ilə bərabər Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da, bu fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir.

Prezident Makronun ermənipərəst siyasətinin ruporu qismində çıxış edən xarici işlər naziri Ketrin Kolonna isə Ermənistana son səfəri zamanı bildirib ki, Paris İrəvanla hərbi texnikanın tədarükü ilə bağlı müqavilə bağlamağa razıdır: “Fransa gələcəkdə Ermənistanla müqavilə bağlamağa razılıq verib. Bu, Ermənistanın müdafiəsini təmin etmək üçün onu hərbi texnika ilə təmin etməyə imkan verəcək. Aydındır ki, hələlik bu məsələnin təfərrüatları üzərində dayana bilmərəm”.

Nazirin sözlərindən aydın olur ki, Fransa bu minvalla Ermənistanda Rusiyanı əvəz etmək xətti götürüb. Ancaq o da bir faktdır ki, Ermənistan dövlətini qondaran, onu 200 il öz himayəsi altında saxlayan, sərhədlərini qoruyan, hərbi bazası olan, sosial, iqtisadi-siyasi problemlərini həll edən Rusiya öz düşərgəsini Fransaya elə-belə verərmi? Rusiya Ermənistanın xəyanətini bağışlayarmı? Əlbəttə, yox. Kim təsəvvür edər ki, Rusiya Fransanın təzyiqi ilə əlini-qolunu sallayıb Cənubi Qafqazdan sakitcə gedər? Deməli, regionda yeni münaqişə ocağının alovlanmasına hazırlıqlar aparılır. Bu münaqişə ocağının mərkəzində isə cırtdan Ermənistandır. Əgər Fransa-Rusiya ənənəvi düşmənçiliyinin mərkəzi Ermənistan olacaqsa, şübhəsiz, bu, onun dövlətçiliyini təməlinə qədər sarsıdacaq. Ermənilər belə sonluğu özləri üçün haqq ediblər. Əyri təməl üzərində qondarılmış bir oyuncaq dövlətin aqibəti belə də olmalıdır. Fransa öz məqsədinə çatmaq üçün addım-addım irəliləyir, gizli və ya açıq formada hazırlıq işləri görür. Rusiya isə hələlik səbr göstərir, hələlik Fransa ilə münaqişə yaratmaq istəmir. Ancaq bu səbrin bir sonu olacaq. O zaman cüt “bacı” olan Ermənistanla Fransanın hansı duruma düşəcəyi bəlli olacaq. Ya da əksinə…

Daha çox xəbərlər