Bugün Qurultaydayam, Azərbaycan Qadınlarının VI Qurultayında+Fotolar
YAP Bərdə rayon təşkilatının sədri
Faqət Şadlinskaya:
Həyatımda Azərbaycan Qadınlarının beşinci Qurultayıdır ki, iştirak edirəm. Hər biri bir tarixdir. Amma bu Qurultayın özündən əvvəlki Qurultaylardan fərqi ondadır ki, Qurultay xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilib. Və bu Qurultaya bütün ıştirakçılar çox böyük qürurla, fəxarətlə, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna sonsuz ehtiramla və minnətdarlıq duyğusu ilə, böyük Zəfərin bəxs etdiyi böyük bayram əhval ruhiyyəsi ilə toplaşmışdılar. Çünki xalqımızı bu böyük Zəfərlərə, Qələbələrə çatdıran bu yüzilliyin səbəbkarı, adı dünya dahilərinin ilk yüzlüyünün sırasına yazılmış Dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin parlaq ideyalarıdir. Məhz bu ideyaları davam etdirməsi ilə Qalib Prezidentimiz, Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan oğulları işgal altındaki torpaqlarımızı azad edərək xalqımiza, bütün dünya azərbaycanlılarına möhtəşəm sevinc bəxş ediblər. Bütün uğur və qələbələrin acari, özülü olan Ulu öndərin imzaladığı “Əsrin müqaviləsi”nə şahidlik etmiş “Gülüstan” sarayı bugün Ulu öndər Heydər Əliyevin 100 iliyində onun dünyanı mat qoyan parlaq dühasina Azərbaycan analarının, Azərbaycan qadınlarının əbədi minnətdarlığının kahkaşanı altında o günlərin nəticəsini, daha qürurlu tarixini yaşayır! Gün gələr bu parlaq ideyalar xalqımızın şimallı cənublu birliyinin təcəssümünə çevrilər! Bütün xalqımız buna əmindir!!! Qurultayda bütün çıxış və nitqlərdə Azərbaycan qadınlarının ürəyindəki diləklər ana xəttə dönüşmusdü: Ruhun şad olsun, Ulu öndər! Əbədi var olun, cənab Prezident! Məkanınız cənnət olsun, şəhid övladlarımız!







