Uğurlara aparan yol xalq iqtidar birliyinin sarsilmazliğindan keçir!
“Heydər Əliyev ili” çərçivəsində YAP Bərdə rayon təşkilatının qazilərin tanidılması istiqamətində gördüyü işlər Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi rayon şöbəsinin Fəxri fərmanı ilə qiymətləndirilmişdir. Birliyin rayon şöbəsinin sədri Elçin Mustafayev mükafatın təşkilatın kollektivinə təqdimedilməsi zamanı dövlət səviyyəsində şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışmış və bu istiqamətdə YAP Bərdə rayon təşkilatının da hər zaman şəhid ailələri və qazilərə qayğı və həssaslıqla yanaşdığını xüsusu vurğulamışdır.
-Mükafatlar hər zaman dəyərlidir. Bu dəfə əziyyətimizə qiymət verən Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin rayon şöbəsidir. Ona görə də bizim üçün ikiqat əziz və ikiqat dəyərlidir. Çünki elə bizim qazilərimizin tanıdılması ilə bağlı davam etdirdiyimiz rubrikamizda dediyimiz kimi, Yaşayan şəhidlərdir Qazilərimiz! Onların Fəxri fərmanına layiq görülmək bizim üçün nə qədər dəyərli və önəmlidirsə, bir o qədər yeni və çox böyük məsuliyyətdir, -deyə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya təşkilatın kollektivinə Fəxri fərmanın təqdimedilməsi zamanı bildirmişdir. Qeyd etmişdir ki, bütün Qələbələrimiz üçün, şərəflə yaşadığımız hər günümüz və hər anımız üçün ölkə Prezidenti, Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla rəşadətli Ordumuza, igid şəhidlərimizə və qəhrəman qazilərimizə minnətdarıq və onlara qayğı ilə yanaşmaq bizim hər birimizin hər zaman vətəndaşlıq borcumuzdur! Biz bu mükafatı bütün YAP ailəsinə verilən mükafat kimi dəyərləndiririk və bundan sonra da hər zaman şəhid ailələri və qazilərlə birgə olmaq, onların tanıdılması istiqamətində işimizi davam etdirmək əsas amalımiz olacaqdır. Bütün uğurlara aparan yol xalq iqtidar birliyinin sarsilmazliğindan keçir. Onun təmin edilməsi yolunda hər birimiz var quvvəmizlə çalışacağıq!




