Siyasət 

“Avropalı gəlinlər…”

Onlara züytutan da var

Fransa xarici işlər naziri Ketrin Kolonna oktyabrın ilk həftəsində Ermənistana səfər etdikdən, orada anti-Azərbaycan bəyanatlarına görə lazımi cavabı aldıqdan sonra deyəsən, “taym-aut” götürüb.O, hələlik ortalıqda görünmür. Bəziləri deyirlər ki, Ketrinin “bir atımlıq barıtı” varmış. Amma xanım Kolonna elə-belə sakitcə getməyib, estafeti alman “bacısına” verib, yəni, Almaniya xarici işlər naziri Annalena Berboka. Berbok da gəlib ermənilərə öz “borcunu” verib getdi. Amma guya çalışdı ki, Azərbaycanın əsəblərinə toxunmasın.

Nəhayət, uzun çabalamalardan sonra Fransa anlamağa başlayıb ki, Azərbaycanla zor dili ilə danışmaqona heç bir divident qazandırmır.Əksinə, xoşagəlməz hərəkərləri ilə öz ölkəsini Mərkəzi Asiyadan daşımaq istədiyi uranın yeganə tranzit yolundan da özünü məhrum edə bilər.  Çox güman ki, bu səbəbə bir qədər “pəsləyib.” Fransa prezidenti Emmanuel Makron ermənipərəstliyinə baxmayaraq həmfikirlərinin Azərbaycana qarşı sanksiya təşəbbüsünə qoşulmadı, anlayır o halda daha nələrlə qarşılaşa bilər. Elə Azərbaycanın Türk Dövlətləri Təşkilatında birləşdiyi, qardaşlıq andı içdiyi dövlətlərə səfərləri zamanı isti mesajlar verməsiMakronu geri çəkilməyə, ehtiyatla davranmağa məcbur edir. Ona görə də Kolonnaya da “bir müddət gözə görünmə” məzmunlu “ xəbərdarlıq verilib.

“Avropalı gəlinlər”in daha bir rəfiqələri onlara züy tutur. Bu yerdə Avropa Birliyindən kənar “ögey” bacı, Kanadanın xarici işlər naziri Melani Colini xatırlamasaq xətrinə dəyər. Həmin bu Coli xanım ötən ay Ermənistanda səfərində erməniləri canı-dildən müdafiə etdi.

Kanadanın xarici işlər naziri sərhəd bölgəsinə gələrək binoklla ərazilərimizə boylanmış və Azərbaycanın ünvanına məsuliyyətsiz bəyanatlar, ünvanımıza hədələr səsləndirmişdi. Artistlik edən nazirxanım Qarabağdan öz istəkləri ilə köçən ermənilərlə görüşüb onların halına “ağlamışdı” da. Okeanın o tayı hara, bu tayı hara? Yaxşı olmazmı hərə öz örüşündə gəzsin və burnunu aidiyyəti olmayan yerlərə soxmasın?

Daha çox xəbərlər