Rəzilliyin Əli Kərimli nümunəsi
Əli Kərimli Xankəndidəki möhtəşəm parada kölgə salmağa cəhd edən avanturistdir
Ölkəmizin Cənubi Qafqazdakı mövcud mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti, o cümlədən Qarabağdakı terrorçu-separatçı xuntanın darmadağın edilməsi, onların qatil rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi, bunun ardınca isə Ali Baş Komandanımızın Xankəndidə, Ağdərədə, Xocalıda üçrəngli bayağımızı göylərə ucaltması və Xankəndində möhtəşəm hərbi parar keçirməsi xaricdə anti-Azərbaycan qüvvələri və onların daxildəki nökərlərini ciddi şəkildə əndişələndirib.
Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti və xalqı əleyhinə sosial şəbəkələrdə böhtan dolu “tezislər”ini bu gün də tirajlamaqda davam edir. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına qoşub. Məsələn, o, «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.
Bundan başqa, Əli Kərimlinin son günlər yazdığı statuslarından da aydın görünür ki, o, böhtan atmaq üzrə “çempionluğa” iddialıdır. Onun bu dayaz düşüncəli tezislərini gördükcə bir daha anlayırsan ki, bundan adam olmayıb, olmayacaq da. Kərimli yazır: “…Məqsədyönlü şəkildə Qarabağı azad etməyə çalışan Ali Baş Komandanın ordusunda heç bu boyda korrupsiya olar? Ordu quruculuğu necə prioritet idi ki, Müdafiə Nazirliyində korrupsiya halları aşkarlanıb?”
Bu, adamdakı riyakarlığa baxın ki, orduda korrupsiya hallarını dilə gətirir, amma korrupsiyada adı hallananların ədalət məhkəməsi qarşısında cavab verdikləri barədə bir kəlmə də yazmır. Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir müddət əvvəl həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində bir neçə yüksək rütbəli hərbçi korrupsiya hallarına görə həbs edilmiş və onların mənimsədikləri maliyyə vəsaitlərinin xeyli hissəsi dövlət büdcəsinə qaytarılmışdır. Bu proses hal-hazırda da davam edir.
Əli Kərimli yenə də sosial şəbəkə statuslarında yazır: “Ordu quruculuğu həqiqətən prioritet olan ölkədə heç minlərlə hərbçi savaşa dəbilqəsiz, zirehli gödəkçəsiz, xüsusi rabitə vasitəsi olmadan göndərilərmi?”
İki il əvvəl Xankəndidə separatçıların qondarma “paradı”nın fotolarını paylaşıb qələbəmizə ikrah hissi yanaşan Kərinli indi niyə Ordumuzun Xankəndi şəhərində, üç rəngli bayrağımızın altında keçirdiyi paraddan foto paylaşmır? Bu, açıq şəkildə düşmənin uğuruna sevinməkdir.
Təbii ki, onun qalib Azərbaycan Ordusu haqqında sərsəmləmələri son 3 ildəki tarixi zəfərlərimizə qısqanclığından qaynaqlanır. Necə ola bilir ki, 44 günlük müharibədə hərbi uğurumuz, xüsusilə də çətin və mürəkkəb dağ relyefinə malik olan Şuşa şəhərini işğaldan azad edən Silahlı Qüvvələrimiz haqqında dünyanın ən tanınmış hərbi ekspertləri heyranlıqla danışırlar, ancaq bu Kərimli isə hələ də könül bulandırmaqla məşğuldur.
Məlumdur ki, onun bu iddaları yalandır və hətta gerçək olsa belə, anlamalıdır ki, qalibləri mühakimə etmirlər. Bundan başqa, qəlbi təmiz insanlar ordunun problemlərindən deyil, onun qələbələrindən danışırlar.
Əli Kərimli Xankəndidəki hərbi paradın möhtəşəmliyinə kölgə salmaqdan ötrü mənasız mövzu tapıb deyirki – Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdırlar. Təbii ki, Rusiya sülhməramlıları Qarabağı gec və ya tez tərk edəcəklər. Biz isə Əli Kərimliyə deyirik – heç hənanın yeridir… Bu qədər möhtəşəm qələbələri görməzlikdən gəlmək ən böyük rəzillikdir. Hər bir Azərbayan vətəndaşı Xankəndi şəgərində keçirilən hərbi paraddan qürur hissi keçirdi. Əli Kərimli və troll dəstəsindən başqa. İki il əvvəl Xankəndidə separatçıların qondarma “paradı”nın fotolarını paylaşıb qələbəmizə ikrah hissi yanaşan Kərinli indi niyə Ordumuzun Xankəndi şəhərində, üç rəngli bayrağımızın altında keçirdiyi paraddan foto paylaşmır? Bu, açıq şəkildə düşmənin uğuruna sevinməkdir.

