TƏBRİK EDİRİK
Bir gün öncə YAP Mərkəzi Aparatinda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov tərəfindən YAP ailəsi adından yubileyimə görə təbrik edildim!!!
Bu təbrik əslində zəhmətə, fəaliyyətə dəyər verdikləri üçün YAP rəhbərliyinin müqayisəedilməz BÖYÜKLÜYÜNÜN MÜCƏSSƏMƏSİDİR!..
Və əlbəttə, həyatımın ən unudulmaz anlarıdır!!!
Ötən il ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım, bu il yubileyimlə əlaqədar rəhbərliyin bu təbriki mənim üçün Qarabağımızla bütövləşmiş Azərbaycanımızda Qalib ölkənin Qalib lideri cənab İlham Əliyevin rəhbərliyi altında daim şərəfli tarixlərimizin yazılması uğrunda bütün var – gücümlə çalışmağım üçün ən böyük stimuldur!!! Bütün bunları YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərinin zəhmətinə verilən dəyər olaraq qiymətləndirirəm!!!
Minnətdarlığım kəlmələrə sığmaz!..
Bir daha HÖRMƏTLİ YAP RƏHBƏRLİYİNƏ VƏ AİLƏSİNƏ SONSUZ TƏŞƏKKÜR edirəm!!!




