O soyuq, şaxtalı qış gecəsində vəhşi ermənilər tərəfindən bütünlüklə yox edilən, işğal olunan Xocalı və Xocalılar!
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Sizin soyqırımı harayınıza qulaqlarını tutan, özünü eşitməzlıyə qoyan dünyanın da laqeyd qaldığını hər birimiz gördük və yaşadıq, hamımız o gecənin vəhşət və dəhşətləri içində illərlə qıvrıla- qıvrıla yanıb qovrulduq… Buna dözə bilməyən Vətənin ƏSL OGLU və xalqımızın ƏSL LİDERİ heyrətamiz guc, qüvvə və siyasətlə Qarabağda və Xocalıda ucaltdığı bayraqlarımızla bu dünyanı da, onun erməni və ermənipərəstlərinı də mat qoydu!!! Ana Vətəni QARABAĞ və XOCALI adlı övladlarına əbədi qovuşdurdurmağı bacardı! Soyqırımına məruz qalan Xocalını və Xocalılıların didərgin ruhlarını eyni gündə sevindirən, rahatladan, böyük və dərin birgə dərdimizin məlhəminə çevrildi!!!
Və bugün də hər birimizin adından, hamımızın əvəzindən sözlə deyil, ƏMƏLİ ilə deyir: “BİZ SİZİ UNUTMADIQ VƏ UNUTMARIQ, ƏZİZ XOCALI!”

