Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib
Prezident İlham Əliyev Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ azərtac-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilir.

