Dünya 

Ərdoğan: “Türkiyədə qadın universitetləri açıla bilər”

Türkiyədə qadın universitetləri açıla bilər.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bu bəyanatla Yaponiyanın Mukoqava qadın universitetində çıxış edib.

R.T.Ərdoğan qeyd edib ki, Yaponiyada 800 universitet var və onlardan 80-i qadın universitetləridir:

“Türkiyədə də bu tip universitetlər açmaq olar”.

Qeyd edək ki, hazırda Türkiyədə 207 universitet fəaliyyət göstərir.

Daha çox xəbərlər